×
A
A
A
Sazlamalar

Növbəti il üçün Dövlət Neft Fondunun xərclərinin proqnozu açıqlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin 11 milyard 392,3 milyon manat olacağı nəzərdə tutulub.
AZƏRTAC Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, qeyd edilən göstərici 2021-ci ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 0,1 faiz çox, 2022-ci ilin proqnoz göstəricisindən 204,8 milyon manat və ya 1,8 faiz az, gözlənilən icra göstəricisindən isə 994 milyon manat və ya 9,6 faiz çoxdur.

Neft - qaz 2022-11-30 17:42:00