Bu gün 10 min ağac əkilib
Bakı, 30 noyabr, AZƏRTAC
Payız ağac əkini mövsümü ilə əlaqədar meşəbərpa tədbirləri davam edir, meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, bu gün Quba, Qəbələ, Şəmkir, Sabirabad və Lənkəran rayonlarında keçirilən meşəbərpa tədbirləri zamanı hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 10 min ağac tingi əkilib, 1450 kiloqram toxum səpilib.
Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Sabah havanın qeyri-sabit olacağı gözlənilir
ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir
Qanlı göl ətrafında park salınacaq
Layihə həyata keçirilən ərazilərdə yaşıllıqlar landşaft elementi kimi saxlanılmalıdır