Goranboyda zəlzələ olub
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Gəncə seysmoloji stansiyasından 30 kilometr cənub-şərqdə - Goranboy rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 16:50-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrdə hiss olunub.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
Bazar günü Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüş keçirilib
Bezoar keçiləri və nəcib maralların azad edilmiş ərazilərdə təbiətə buraxılması nəzərdə tutulub