Moskvada Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparılacaq
Moskva, 30 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyaya işgüzar səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirilən brifinqdə bildirib.
M. Zaxarova qeyd edib ki, səfər çərçivəsində Moskvada, Rusiya və Azərbaycan prezidentləri arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına dair kompleks məsələlər nəzərdən keçiriləcək.
“Həmçinin bir sıra aktual regional və beynəlxalq mövzuların ətraflı müzakirəsi planlaşdırılır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli, həmçinin cari ilin 31 oktyabr tarixli ali səviyyədə üçtərəfli bəyanatların icrasının müzakirəsinə xüsusi diqqət ayrılacaq. Bu müzakirələrin məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşdırılmasını təmin etməkdir”, - deyə M.Zaxarova bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb
Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib
Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir
Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib
Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var