Qida sahəsində fəaliyyət göstərən 24 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkar olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 29-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 29 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 22, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 12 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3627 linki vasitəsilə məlumat almaq mümkündür.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb