×
A
A
A
Sazlamalar

Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 83 santimetr azalıb

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsində 83, Lənkərançayın Sifidor məntəqəsində 16, Viləşçayın Şıxlar məntəqəsində 6, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 1 santimetr azalma qeydə alınıb. Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana və Şəmkirçayın Qalakənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 185 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 100 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 21 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 28,5 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 35 faizini təşkil edir. Sululuq keçən il ilə müqayisədə 43 faiz azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi 94 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 20 faizinə bərabərdir. Sululuq keçən il ilə müqayisədə 47 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 113 santimetr təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 16 santimetr artaraq 105 santimetr olub.

 

Ekologiya 2022-11-30 17:12:00