Çavuşoğlu: NATO müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər VİDEO
Ankara, 30 noyabr, AZƏRTAC
NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestə keçirilən toplantısı faydalı oldu. Müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.
Nazir diqqətə çatdırıb ki, Avropa da daxil olmaqla, dünyadakı mövcud enerji böhranını həll etmək üçün bu sahədə əməkdaşlığa ciddi ehtiyac var.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
TBMM-nin sədri: Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinə xüsusi əhəmiyyət veririk
Ərdoğan: Türk respublikaları ilə münasibətlərimizi ən yaxşı şəkildə davam etdiririk və etdirəcəyik
Ötən gün Laçın-Xankəndi yolundan sülhməramlılara və BQXK-yə məxsus neçə avtomobil keçib?
“İran tərəfindən tələb edilib ki, cinayət şəffaf şəkildə araşdırılsın” - Xələf Xələfov