Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya sahəsində əməkdaşlığın inkişafı vacibdir
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, general-leytenant R.Tahirov qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcəyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Özbəkistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 59 avtomobil maneəsiz keçib
Diplomatik siyasətlə idarəçilik ölkəmizin regional liderliyinin əsasını təşkil edir
Bu gün bir çox Avropa ölkəsi Azərbaycana böyük ümidlə baxır
Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir
Sülhməramlıların daha beş avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub