Azərkosmosun ixrac etdiyi xidmətin dəyəri açıqlanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Azərkosmos tərəfindən dünyanın 40 ölkəsinə 21,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 81 faizidir.
Oktyabrda isə Azərkosmos dünyanın 36 ölkəsinə 2,4 milyon dollar dəyərində xidmət ixrac edib.
On ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5,5 milyon dollar ilə Birləşmiş Krallıq, 4,6 milyon dollar ilə Fransa, 3,6 milyon dollar ilə Lüksemburq, 1,9 milyon dollar ilə BƏƏ və 1,2 milyon dollar ilə Pakistan qərarlaşıb.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb