×
A
A
A
Sazlamalar

Azərbaycan region ölkələri arasında İİV-ə ən az yoluxma halı qeydə alınan ölkədir

Bakı, 30 noyabr, AZƏRTAC

Uzunmüddətli əks-epidemik tədbirlər nəticəsində İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
“Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır və epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda ölkədə İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Onların da 68 faizi kişi, 32 faizi isə qadındır”.
F.Məmmədov eyni zamanda qeyd edib ki, dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir, "Rəsmi statistikaya görə, hazırda dünyada İİV-lə yaşayan 38,4 milyon insan var. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən həyatını itirib. Azərbaycan isə region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir".

 

Səhiyyə 2022-11-30 16:15:00