Gömrükçülər qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar
Bakı, 30 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 64 adda 59 min 348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DİN: Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb VİDEO
DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb
Gömrükçülər külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar