Müharibə veteranlarının əməkhaqqından sığorta haqları necə tutulur?
Bakı, 30 noyabr, AZƏRTAC
Vergi qanunvericiliyinə görə, müharibə veteranlarının əməkhaqqısı sığorta haqlarına cəlb edilirmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Bundan başqa, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu zaman müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmayıb.
Yanvarın 31-nə USD/AZN rəsmi məzənnəsi
Samir Şərifov: 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər
Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 5 faiz çox icra olunub
Xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün sertifikatlı təlim keçiriləcək
“İpək Yolu Sığorta”nın icbari avtosığorta üzrə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb