×
A
A
A
Sazlamalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 30 noyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 23-də Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qəbul Şamaxı şəhərində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun (Yuxarı Qala küçəsi, 32) konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şamaxı, Ağsu və Qobustan rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə, agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etməlidir. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırılır ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılan şəxslərin əvvəlcədən tərtib edilən siyahısı əsasında qəbul ediləcək.
Qəbula qeydiyyat müddəti dekabrın 22-də saat 18:00-da yekunlaşır.

Səhiyyə 2022-11-30 14:45:00