×
A
A
A
Sazlamalar

Sabah yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Lakin axşam yağış tədricən kəsiləcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7°, gündüz 8-11° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı bildirilir.

Ekologiya 2022-11-30 13:24:00