Maşallah Rəzmi: İrandakı milli ayrı-seçkiliyə görə türklərə qarşı fərqli münasibət sərgilənir
Bakı, 30 noyabr, AZƏRTAC
Cənubi Azərbaycanda dörd problem var. Bunlar dil, mədəniyyət, ayrı-seçkilik, iqtisadiyyat məsələləridir. Dilimizi öyrənməyə imkan vermirlər, mədəniyyətimiz təhqir olunur. Ölkədə milli ayrı-seçkilik olduğu üçün türklərə qarşı fərqli münasibət sərgilənir. Bundan başqa, iqtisadiyyatımızı da pis vəziyyətə salırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert Maşallah Rəzmi söyləyib.
Maşallah Rəzmi qeyd edib ki, ölkədə olan Əndəryan qızıl mədənləri mənimsənilir. Rusiya və İran qızıl və mis mədənlərini də birgə istifadə edirlər. Amma əvvəldən deyilirdi ki, bütün mədənlər xalqa aiddir. Lakin bunun tam əksi müşahidə olunur.
“Cənubda baş verən əsas problemlərdən biri də ekoloji məsələlərdir. Urmiya gölünün yaxınlığında 14 milyon insan yaşayır. Göldə 30 milyon kubdan çox su var idi. Hazırda isə gölün çox hissəsi quruyub”, - deyə ekspert bildirib.
O deyib ki, cənubda təxminən 30 milyon azərbaycanlı yaşayır. Ölkədə olan 23 vəzirdən yalnız biri azərbaycanlıdır. İranın yarısı türklər olsa da, onlar hakimiyyətdə azlıq təşkil edir. Eyni zamanda, adi bir konsertdə də bizlərə çox yığışmağa icazə vermirlər. Çünki bizim birliyimizdən qorxurlar”.
Niderlandda azərbaycanlı gənclərlə görüş keçirilib
Azərbaycan və Türkiyə deputatları görüşüblər
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 48 avtomobil maneəsiz keçib
Laçın-Xankəndi yolu: Etiraz aksiyası gecə saatlarında da davam edir
Sülhməramlıların iki avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb