×
A
A
A
Sazlamalar

Gələn il neft və qaz ixracından gəlirlərin artacağı gözlənilir

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsində neftin və qazın ölkəmizin ərazisindən ötürülməsindən əldə edilən gəlirlərin 13,9 milyon ABŞ dolları və ya 23,6 milyon manat həcmində olması proqnozlaşdırılır.
AZƏRTAC Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadla xəbər verir ki, qeyd olunan göstərici manat ifadəsi ilə 2021-ci ilin müvafiq icra göstəricisindən 2,2 milyon manat və ya 10,4 faiz, 2022-ci ilin təsdiqi ilə müqayisədə 1,8 milyon manat və ya 8,4 faiz, gözlənilən icra göstəricilərindən isə 10,9 milyon manat və ya 86,4 faiz çoxdur.
2023-cü ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

 

Neft - qaz 2022-11-30 12:46:00