×
A
A
A
Sazlamalar

Jalə Təbrizli: İranda qadınlar zülmə məruz qalır

Bakı, 30 noyabr, AZƏRTAC

Güneydə olan ayrı-seçkilik və digər ekoloji problemləri BMT-yə çatdırmışıq. Bu problemlər, həmçinin UNESCO-da qabardılıb. Bu təşkilatlar bizim səsimizi eşitdi. Beynəlxalq təşkilatlar Urmiya gölünün qurumaması üçün maddi yardım etdilər. Lakin ora ayrılan pullar mənimsənildi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada etnik məsələlər və qadın hüquqları üzrə fəal, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli söyləyib.
O qeyd edib ki, sədlərin qarşısının bağlanması, su kanallarının düzəldilməməsi texniki problemlərə gətirib çıxardı. Bu da Urmiya gölünün qurumasına səbəb oldu.
Jalə Təbrizli, eyni zamanda, deyib: “Urmiya gölünün quruması təkcə cənubda yox, şimalda bəzi problemlərə səbəb olacaq. Biz cənubda ana dilində təhsili ala bilmirik. Orada qanunda belə bir hissə var ki, etnik ayrı-seçkilik olmasın. Amma dövlət bu qanuna əməl etmədi. İranda qadınlar da zülmlərə məruz qalır. Onlar həm türk, həm də qadın olduqları üçün ikiqat təzyiqə məruz qalırlar".

 

Siyasət 2022-11-30 12:03:00