×
A
A
A
Sazlamalar

Firudin Cəlilov: İranda məktəblərdə Azərbaycan dilindən istifadə edən uşaqlara təzyiq olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Urmiya gölünün qurumasının iki səbəbi var. Bunlardan birincisi təbiətlə bağlıdır. Digəri isə insanların müdaxiləsidir. Aral gölü də bu cür qurudulmuşdu. Gölə axan çayların axarı dəyişdirildi, bununla da göl qurudu, ekoloji vəziyyət pisləşdi. Eyni vəziyyət Urmiya gölü ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirədə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov söyləyib.
Professor deyib ki, gölün qurudulmasından sonra oradakı azərbaycanlının başqa yerlərə köçürülməsi fikri var. Eyni zamanda, istəyirlər ki, su tamamilə çəkildikdən sonra oradakı uranı əldə edə bilsinlər. Bundan əlavə, suvarılma üçün Urmiya gölünə axan çayların istiqaməti dəyişdirilib.
F.Cəlilovun sözlərinə görə, İranda yaşayan azərbaycanlıların başqa problemləri də var. O qeyd edib ki, 1500 il türklərin idarə etdiyi İran 100 il əvvəl Pəhləvilərin əlinə keçdi. Bununla da azərbaycanlılar təhqir olunub, onların başlarına hər cür oyun gətirilib. Hətta məktəblərdə Azərbaycan dilindən istifadə edən uşaqlara da təzyiq olunub.

Siyasət 2022-11-30 12:01:00