×
A
A
A
Sazlamalar

Səttar Sevgin: İranda Azərbaycan türklərini farslaşdırmaq, yox etmək siyasəti həyata keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

İranda hər zaman Azərbaycan türklərini farslaşdırmaq, əritmək, yox etmək istiqamətində siyasət həyata keçirilib. Azərbaycan Respublikası olmasaydı, cənubda öz doğma dilimiz unudulacaqdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Urmiya gölünün qurudulması" mövzusunda ictimai müzakirədə güney azərbaycanlı ekspert Səttar Sevgin bildirib.
O deyib ki, Urmiya gölünün qurudulması İranın apardığı digər ekoloji siyasətdir. Səttar Sevginin sözlərinə görə, gölün qurudulmasında əsas məqsəd faciəvi bir vəziyyətin yaradılması, azərbaycanlı əhalinin bu ərazilərdən köçürülməsidir.

Siyasət 2022-11-30 11:42:00