Xəzər rayonunda ata və oğulun ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı - 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu - 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi - 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralananlardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Ötən il respublika ərazisində 16 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib