×
A
A
A
Sazlamalar

“Accessbank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) “AccessBank” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 ABŞ dolları olan AZ2004004282 dövlət qeydiyyat nömrəli, 5 milyon dollar həcmində faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının (Aqrar İnkişaf İstiqrazları) yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 1000 ABŞ dolları qiymətində 6 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000 dollar müəyyənləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 5,5 faiz, faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 5 milyon dollar olub. İstiqrazlar 2024-cü il mayın 29-da ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, subanderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Maliyyə 2022-11-29 18:06:00