×
A
A
A
Sazlamalar

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

Bakı, 29 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Süni intellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova Rumıniyanın Arad Universitetində keçirilən “SOFA-2022” 10-cu Yumşaq Hesablama Tətbiqləri (Soft Computing Applications) konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ş.Şahbazova konfransda “Lütfi Zadənin həyatı və elmi irsi. Onun ölümündən sonrakı 5 illik elmi fəaliyyətimiz” və “Düz təpəli rəsmlərin tanınmasında çətinliklər problemləri” mövzusunda məruzələrlə çıxış edib. O, Lütfi Zadənin həyatı və dünya elminə bəxş etdiyi töhfələr, əldə etdiyi mühüm elmi nəticələr, beynəlxalq əməkdaşlıqlar və Azərbaycana səfəri barədə məlumat verib.
Qeyd edək ki, professor Ş.Şahbazova “SOFA-2022” 10-cu Yumşaq Hesablama Tətbiqləri konfransının idarəetmə komissiyasının üzvü seçilib.

Elm və təhsil 2022-11-29 18:01:00