×
A
A
A
Sazlamalar

Xəzər Universitetinın tələbələri Baytarlıq klinikasında heyvanların müayinə edilməsi prosesi ilə tanış olublar

Bakı, 29 noyabr, AZƏRTAC

Xəzər Universitetinın Baytarlıq təbabəti üzrə təhsil alan tələbələrinin bir qrupu Baytarlıq Elmi-Tədqiqat İnstitutu və onun nəzdindəki Baytarlıq klinikasında olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələrə institutun laboratoriyalarının elmi-tədqiqat istiqamətləri, cihaz və avadanlığın iş prinsipləri, kitabxanası barədə məlumat verilib.
Tələbələr, həmçinin Baytarlıq klinikasında heyvanların müayinəsi, qanın ümumi və biokimyəvi analizi, xəstəliklərin diaqnostikası, müalicəsi və digər proseslərlə tanış olublar.

Elm və təhsil 2022-11-29 17:59:00