×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Sabah” klubu minimal hesablı qələbə qazanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” komandası “Sabah”ı qəbul edib.
Tovuz şəhər stadionunda oynanılan qarşılaşma “Sabah”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda qolu Aleksey Kaşuk vurub.
Xallarının sayını 38-ə çatdıran “Sabah” klubu lider “Qarabağ”la xal fərqini 3-ə endirib. Tovuz təmsilçisi isə 16 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” klubu “Qəbələ” ilə üz-üzə gələcək. Turun əvvəlki matçlarında “Neftçi” klubu “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib - 0:0.

İdman 2022-11-29 17:37:00