×
A
A
A
Sazlamalar

Bakıda keçirilən konfransda erməni vandalizminin qurbanı olmuş dini abidələrimizdən danışılıb

Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz” mövzusunda konfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, din xadimlərinin, müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Fərqin üstünlüyü” adlı sənədli filmin nümayişi ilə başlayıb.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini abidələrə qarşı Azərbaycanın və Ermənistanın sərgilədiyi fərqli münasibətə diqqət çəkib. Bildirilib ki, Ermənistanın Azərbaycan mədəni irsinə aid tarixi, dini abidələrə münasibətinə baxdıqda bu fəaliyyətin məqsədyönlü şəkildə, planlı formada həyata keçirdiyinin şahidi oluruq. Ermənistan məqsədli şəkildə İslam mədəniyyətinə aid bütün izləri silməyə çalışıb. Bu məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb. Ağdam Cümə məscidinin saxlanılmasının səbəbi isə sırf Ermənistan tərəfindən onun hərbi məqsədlə oriyentir kimi istifadə edilməsidir.
Digər çıxış edənlər bildiriblər ki, təkcə İslam yox, həmçinin xristian dininə aid tarixi abidələrimiz 30 illik erməni terroruna məruz qalıb, tarixi memarlıq abidələrinin forma və məzmunu dəyişdirilib, azərbaycanlıların izlərinin itirilməsi üçün saxtakarlığa yol verilib. Ermənilər xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atıb, buna bütün dövrlərdə aramsız cəhdlər göstəriblər.
Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

Cəmiyyət 2022-11-29 17:32:00