Bulud sistemlərinin analizi və sintezi problemləri üzrə elmi nəticələr əldə olunub
Bakı, 29 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində bulud sistemlərinin analizi və sintezi problemləri üzrə mühüm elmi nəticələr əldə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənilib. “Industry 4.0” platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb. Həmçinin internet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri ilə bağlı araşdırmalar zamanı “Grid” texnologiyaları tətbiq olunub. “Green Computing” texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları, naqilsiz mobil rabitə sistemlərinin müasir vəziyyəti, tətbiq sahələri, süni intellekt sistemlərinin müasir vəziyyəti və tədqiqat metodları müqayisəli təhlil edilib.
15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
“Science 4.0”ın formalaşmasının elmi-nəzəri və praktiki problemləri tədqiq olunur
Kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələləri müzakirə olunub