Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Bu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.
Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO