Şabran və Quba rayonlarının yanğından zərər görmüş ərazilərində meşəbərpa tədbirləri keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Yay aylarında yanğına məruz qalan ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, əkinə hazır vəziyyətə gətirilən meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb.
Xidmət rəsmisi qeyd edib ki, “Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.
Xəbərdarlıq: Fevralın 1-dək ölkə ərazisində hava yağıntılı olacaq
Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb