×
A
A
A
Sazlamalar

SQL proqramçı ixtisası üzrə təlim başa çatıb

Bakı, 29 noyabr, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə SQL proqramçı ixtisası üzrə keçirilən təlim başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimi uğurla bitirən 36 müdavimə sertifikat verilib.
İki ay davam edən təlimdə iştirakçılar SQL dilində proqramlaşdırmanı, məlumat bazasının düzgün strukturlaşdırılmasını, sorğuların və funksiyaların tətbiqini, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənib, layihələrlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapmaq və onları tətbiq etmək istiqamətində biliklərə yiyələniblər.

Elm və təhsil 2022-11-29 17:08:00