Ukraynada müharibəyə haqq qazandırılması Çexiya qanunlarına görə kriminal əməl sayılır
Praqa, 29 noyabr, AZƏRTAC
Çexiya Prokurorluğu Ukraynada gedən müharibəni açıq surətdə bəyənən və dəstəkləyən 49 şəxsə qarşı ittiham irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu məlumat Çexiya televiziyasının bugünkü xəbər buraxılışında yayılıb. Ölkədə sosial şəbəkələrin monitorinqi göstərir ki, müdaxilə məddahlarının sayı artmaqdadır, bu isə həm Çexiya hökumətinin, həm də bütövlükdə Avropa İttifaqının mövqeyinə ziddir. Təkcə oktyabr ayı ərzində Ukraynada müharibənin açıq-aşkar bəyənilməsi ilə bağlı 83 fakt qeydə alınıb, 44 şəxsə qarşı ittiham təqdim edilib.
Xatırladaq ki, Çexiyada qüvvədə olan qanuna görə 2022-ci il fevralın 24-dən etibarən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətinə haqq qazandıranlar cəzalandırılır.
Zelenski: Ukrayna nə qədər tez ağır silahlar alarsa, Avropaya sülhü daha tez qaytararıq
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları müzakirə edir
Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib
Zelenski Makron və Şultsla görüşmək üçün Parisə yola düşüb
NATO ölkələri münaqişə ərzində Ukraynaya 120 milyard dollar yardım edib