×
A
A
A
Sazlamalar

Nazir müavini: “Payız əkini dövründə 800 hektar ərazidə 600 min ağac əkilib” VİDEO

Quba, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC

Meşəsalma və meşəbərpa tədbirləri respublikanın bütün regionlarını əhatə edir. Cari ilin payız əkin planına uyğun olaraq ümumilikdə 800 hektar ərazidə 600 min ağac tingi əkilib. Hava şəraiti imkan verənə qədər meşə fondu ərazilərində ağacəkmə kampaniyası davam edəcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubada yanğına məruz qalan meşə ərazilərinin bərpasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev söyləyib.
O bildirib ki, Azərbaycanda meşələrin yanğından qorunmasına və yeni meşə zolaqlarının salınmasına xüsusi diqqət yetirilir: “Son illər bütün dünyada meşə yanğınları geniş vüsət alıb. Buna planetimizdə baş verən iqlim dəyişikliklərinin təsiri çox böyükdür. Amma təcrübə göstərir ki, yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Yanğınların qarşısını almaq üçün dövlət qurumları və vətəndaşlar bütün imkanlarını səfərbər etməlidirlər. Çox təqdirəlayiq haldır ki, son illər ağacəkmə aksiyaları tez-tez keçirilir. Müxtəlif dövlət qurumları öz peşə bayramlarını, əlamətdar günləri ağacəkmə aksiyaları ilə qeyd edirlər. Bu, təbiətimizin qorunmasında mühüm əhəmiyyət kəsb edir”.

 

Regionlar 2022-11-29 16:46:00

Video