×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 43 yoluxma faktı qeydə alınıb

Bakı, 29 noyabr, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 53 nəfər müalicə olunaraq sağalıb, 9 min 978 nəfər vəfat edib. Aktiv xəstə sayı 257 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 235, bu günə qədər isə ümumilikdə 7 milyon 373 min 658 test icra olunub.

Səhiyyə 2022-11-29 16:46:00