×
A
A
A
Sazlamalar

“İran International” telekanalının xüsusi müxbiri həbs edilib

Tehran, 29 noyabr, AZƏRTAC

İranın Xoy şəhərində “İran International” telekanalının xüsusi müxbiri həbs edilib.
AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçirdiyi əməliyyat zamanı həbs olunub. Mərkəzi ofisi Londonda yerləşən telekanalı Rəsmi Tehran terror təşkilatı elan edib. Bildirib ki, kanal İran əleyhinə təbliğat aparmaq üçün xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən yaradılıb.
Telekanalın müxbiri Xoy şəhərində keçirilən kütləvi aksiyaları işıqlandırarkən həbs edilərək Tehrana gətirilib.
Qeyd edək ki, sentyabrın 16-da Tehranda əxlaq polisinin zorakılığına məruz qalan 22 yaşlı Məsiha Əmininin ölümü haqqında ilk məlumatı məhz “İran International” telekanalı yaymışdı.

Dünya 2022-11-29 16:40:00