×
A
A
A
Sazlamalar

“Zirə” klubu “Şamaxı”nın futbolçusu ilə müqavilə imzalayıb

Bakı, 29 noyabr, AZƏRTAC

Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi Pərviz Azadovu heyətinə qatıb.
İyirmi iki yaşlı yarımmüdafiəçi ilə 2,5+1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, P.Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.

İdman 2022-11-29 16:20:00