×
A
A
A
Sazlamalar

Azİİ e-Kitab Evinin oxucuları üçün “Ebsco Host” bazasına 2023-cü il üçün abunəlik təmin olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Ebsco Host” nəşriyyatının elektron məlumat bazası üzrə abunəliyi həyata keçirir.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, məlumat axtarış bazasına 2023-cü il üçün abunəlik təmin olunub və hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onların resurslarından Azİİ e-Kitab Evinin qeydiyyatdan keçən bütün oxucuları və ADNSU-nun professor-müəllim heyəti istifadə etmək hüququna malikdirlər.
Qeyd edək ki, “Ebsco Host” elektron platformasının resurslarına Azİİ e-Kitab Evi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu xətti ilə qoşulub və oxucular üçün elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir. Abunə müddətində 8516 resenziyalı olmaqla 11 min jurnalın, o cümlədən ictimai, humanitar, kompüter elmləri, mühəndislik (neft, qaz, geologiya və s.), fizika, kimya, riyaziyyat, nəqliyyat və digər sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və broşür, 510 adda qəzet mənbələri, onların rəqəmsal arxivləri elektron formada ADNSU-nun oxucuları üçün açıqdır.
Ali məktəb kitabxanaları üçün onlayn istinad sistemi olan “Ebsco Host” akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür.
Elektron məlumat bazaları ilə əhatəli məlumat almaq istəyənlər Azİİ e-Kitab Evinə, eləcə də [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Elm və təhsil 2022-11-29 16:21:00