Almaniya Rusiya qazına alternativ tapa bilmir
Bakı, 29 noyabr, AZƏRTAC
Almaniya hələ də Rusiyadan qaz tədarükünə real alternativ tapa bilməyib. Qətərdən maye qazın idxalına dair saziş Almaniyanın bu yanacağa olan ehtiyacının yalnız kiçik hissəsini ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Bundestaqının Enerji və İqlim Komitəsinin rəhbəri Klaus Ernst özünün “Twitter” səhifəsində yazıb.
“Almaniya hökuməti maye qaz tədarükünə dair Qətərlə müqavilə bağlayaraq bununla öyünür. Reallıqda isə Qətərdən alınacaq iki milyon ton maye qaz ölkənin tələbatının yalnız üç faizinə bərabərdir. Almaniya Rusiya qazına hələ də real alternativ tapa bilməyib”, - deyə o qeyd edib.
“Qatar Energy” 2026-cı ildən başlayaraq Almaniyaya maye qaz tədarükü ilə bağlı ABŞ-ın “ConocoPhillips” kompaniyası ilə 15 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, Doha Almaniyaya 2 milyon tona yaxın maye qaz ixrac edəcək.
Qərbi Balkan ölkələri Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyalarına başlayıb
Zelenski: Ukrayna nə qədər tez ağır silahlar alarsa, Avropaya sülhü daha tez qaytararıq
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları müzakirə edir