×
A
A
A
Sazlamalar

“Qəddar gecə” filmin premyerası olacaq

Bakı, 29 noyabr, AZƏRTAC

Dekabrın 1-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Qəddar gecə” filmin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, qorxu, döyüş, triller, komediya, kriminal janrlarında çəkilən filmin rejissoru Tommi Virkoladır.
Bir qrup muzdlu varlı bir ailənin mülkünü ələ keçirir. Ailəni və Miladı xilas etmək bu gün yaxşı əhval-ruhiyyədə olmayan Santa Clausa qalır.
Rolları Devid Harbor, Beverli Di Anjelo, Con Lequizamo, Kem Jiqande, Brendan Fletçer və başqaları canlandırır.

Teatr və kino 2022-11-29 15:43:00