Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 26-da Masallı rayonu ərazisindəki postda “Opel” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyənləşdirildiyindən onun barədə İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Masallı Rayon Məhkəməsinin qərarı ilə A.Əhmədzadə iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Ötən il respublika ərazisində 16 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib