×
A
A
A
Sazlamalar

Bakı metrosunda oğurluq edən şəxs saxlanılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı metrosunda qadının cüzdanı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat məbləğində pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2022-11-29 12:14:00