İSİM-də ÜST-nin və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələri ilə görüş olub
Bakı, 29 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin, ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin (US CDC) nümayəndələri ilə görüş olub.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə “COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi” üzrə ölkədə keçirilən tədqiqatla bağlı fikir mübadiləsi aparılıb, layihə iştirakçıları ilə əldə edilən nəticələr müzakirə olunub.
Görüşdə tədqiqatın gedişatı barədə İSİM tərəfindən hazırlanan videoçarx təqdim olunub və tədbir iştirakçılarının sualları cavablandırılaraq geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ÜST-nin Avropa regional ofisinin və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələrindən ibarət heyətin Azərbaycanda səfərdə olacağı müddətdə tədqiqatın aparıldığı bəzi xəstəxanalarda tibb işçiləri ilə görüşlər keçiriləcək, həmçinin tədqiqatın ilkin nəticələrinin bütün aidiyyəti tərəfdaşların iştirakı ilə geniş müzakirəsi və gələcək üçün tövsiyələrin hazırlanması məqsədilə dəyirmi masa təşkil olunacaq.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub
Son sutka ərzində Azərbaycanda COVID-19 infeksiyasına 23 nəfər yoluxub
Yanvarın 28-də Azərbaycanda COVID-19 əleyhinə 353 doza vaksin vurulub
Azərbaycanda COVID-19 infeksiyasına daha 33 yoluxma faktı qeydə alınıb
Bakıda koronavirus xəstələrinə yardım göstərən həkimlərin maaşına əlavənin müddəti uzadılıb