×
A
A
A
Sazlamalar

Kürdəmirdə qanunsuz ov edən şəxs saxlanılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şilyan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı həmin şəxsin kənd sakini Ə.Mustafayev olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd ov tüfəngi, patronlar, eləcə də ovladığı çöl heyvanları və quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

 

Cəmiyyət 2022-11-29 11:58:00