“Yaşıl ürək” ətraf mühit layihəsi çərçivəsində ağacəkmə aksiyası keçiriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld BP və tərəfdaşlarının dəstəklədiyi “Yaşıl ürək” ətraf mühit layihəsi çərçivəsində Samux rayonunda ağacəkmə təşəbbüsündə iştirak ediblər.
BP-dən AZƏRTAC-a bildirilib ki, layihə torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlib. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 min yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 min ağaca qulluq göstəriləcək.
Azərbaycanla Böyük Britaniya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Sabah havanın qeyri-sabit olacağı gözlənilir
ETSN "Bakı KOB evi"ndə 9 istiqamət üzrə fəaliyyət göstərir
Qanlı göl ətrafında park salınacaq
Layihə həyata keçirilən ərazilərdə yaşıllıqlar landşaft elementi kimi saxlanılmalıdır