×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Salyan rayonunda keçiriləcək

Bakı, 29 noyabr, AZƏRTAC

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.
Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. Səyyar qəbul otağı dekabrın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

Regionlar 2022-11-29 11:29:00