Bu ilin on ayında 173 qadın sahibkara 6,4 milyon manat güzəştli kredit verilib
Bakı, 29 noyabr, AZƏRTAC
Cari ilin 10 ayı ərzində 173 qadın sahibkara 6,4 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC Sahibkarlığın İnkişafı Fonduna istinadla xəbər verir ki, ötən ilin müvafiq dövründə bu göstərici 115 qadın sahibkar üzrə 6,8 milyon manat təşkil edib. Bu ilin yanvar-oktyabr ayları ərzində gənc sahibkarların 74 layihəsi maliyyələşdirilib və bu məqsədlə 9 milyon manat vəsait ayrılıb. 2021-ci ilin müvafiq dövründə isə 48 gənc sahibkar 2 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.
Azərbaycan “Avropada Təhlükəsizlik Çağırışları” adlı Beynəlxalq konfransda təmsil olunub
® ABB-nin yeni müştərisi ol, pul hədiyyəsi və əlavə keşbek qazan!
İraq Azərbaycan şirkətlərinin azad edilmiş ərazilərdəki təcrübəsindən faydalanmaq istəyir
AYNA: Ən çox nəqliyyat vasitəsinin növbədə olduğu gömrük postu “Qırmızı Körpü”dür