×
A
A
A
Sazlamalar

Siyəzəndə istifadəyə yararsız materiallardan hazırlanan əl işləri sərgilənib

Siyəzən, 29 noyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzən rayon Heydər Əliyev Mərkəzində gənclərin istifadəyə yararsız materiallardan hazırladıqları əl işləri sərgilənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Atma, yarat” adlı sərgini Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi təşkil edib.
Sərgilənən bütün işlər istifadəyə yararsız plastik butulka, disk, geyim və bu kimi digər vəsaitlərdən ərsəyə gətirilib.
Gənclər bu işlərlə tullantı probleminə diqqət çəkib, ekologiyamızı qorumağa çağırış ediblər.

Regionlar 2022-11-29 11:28:00