Sumqayıtda polietilen istehsalı sexində baş vermiş yanğın söndürülüb
Bakı, 29 noyabr, AZƏRTAC
Sumqayıt şəhərində polietilen istehsalı sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi iki min kvadratmetr olan polietilen istehsalı sexinin sahəsi 200 kvadratmetr olan bir bölümündə taxta atmalar 20 kvadratmetr sahədə, bir əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Ötən il respublika ərazisində 16 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib