Nazir Rəşad Nəbiyev Şirvan şəhərində vətəndaşlarla görüşəcək
Bakı, 29 noyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziriyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu dekabrın 7-də saat 10:00-da Şirvan şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) keçiriləcək.
Nazir adıçəkilən regionlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün dekabrın 6-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçirilir.
AMB: Bir neçə BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar
Baş direktor: Azərbaycanda dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil
Startaplar üçün Azərbaycanın Koreya ilə birgə təlim proqramına qeydiyyat başlayıb
Azərbaycanlı ekspertlər beynəlxalq kibertəhlükəsizlik mərkəzlərində olublar
Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib