DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanılıb VİDEO
Ötən il respublika ərazisində 16 mindən çox təbii və texnogen mənşəli hadisə baş verib