×
A
A
A
Sazlamalar

Milli Kitabxananda “Fikrət Əmirov – 100” adlı virtual sərgi açılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Görkəmli bəstəkar, Xalq artisti, Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Milli Kitabxananda “Fikrət Əmirov – 100” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Fikrət Əmirovun zəngin yaradıcılığı haqqında kitablar, rəsmi sənədlər, fotolar, mükafatlar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş edilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fikret_Emirov_100/index.htm linkindən istifadə edə bilərlər.

 

Mədəniyyət 2022-11-29 10:34:00