×
A
A
A
Sazlamalar

Masallıda minifutbol turnirinə yekun vurulub

Masallı, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunan minifutbol üzrə rayon turnirinin final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əlifağa Yaqubov, kənd ağsaqqalı Allahşükür Zeynalov, futbol veteranı Çingiz Həşimov və Mirələm Bağırov, Əməkdar məşqçi Süfəddin Məmmədov, idman müəllimi Xanəli Gənciyev və Xanhüseyn Musayev idmançıları təbrik edib və turnirin keçirilməsində əziyyəti olan hər bir kəsə öz təşəkkürlərini bildiriblər.
On iki komandanın mübarizə apardığı turnirdə “Kolatan” kənd komandası birinci yerə, “Ərkivan” komandası ikinci yerə, “Kolatan (Veteranlar)” və “Əzizabad” komandası üçüncü yerə layiq görülüb.
Turnirdə qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və təşəkkürnamələr, birinci və ikinci yerlərə layiq görülən komandalara isə təşkilatçılar tərəfindən kubok, medal və pul mükafatı verilib.

Regionlar 2022-11-29 09:59:00